banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tibb müəssisələrində “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyaları davam etdirilir

loader
 
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində TƏBİB, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Zeytun Pharmaceuticals” MMC-nin birgə təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 6 nömrəli Vərəm Əleyhinə Dispanserdə “Təbiəti də sağaldaq” adlı ağacəkmə aksiyası keçirilib.

Aksiyada TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Xəlilov, Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev, Ekologiya və təbii sərvətlər nazirinin müşaviri İlham Nəsirov, “Zeytun Pharmaceuticals” MMC-nin departament rəhbəri Əzizağa Əzizov və digər rəsmi şəxslər iştirak edib.

Aksiya zamanı 200-dən çox şam ağacı əkilib. Tədbir ağciyər xəstəliklərindən əziyyət çəkən pasiyentlərin oksigenlə zəngin havaya ehtiyacı olduqlarını nəzərə alaraq, müalicə aldıqları ərazidə yaşıllığın artırılması və onların sağlamlığının qorunması sahəsində fasiləsizliyi təmin etmək, uzunmüddətli səhiyyə ehtiyaclarının ödənilməsi məqsədini daşıyıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
 
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader