banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Bakıda TƏBİB-in dəstəyi ilə “Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının regional görüşü” keçirilib

loader

10-11 iyul tarixlərində  TƏBİB-in dəstəyi ilə Bakı şəhərində “Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının regional görüşü” və “Neyroproteksiya və Neyroplastiklik Cəmiyyətinin 19-cu konqresi” keçirilib.

Konqresə 150-dən çox yerli və beynəlxalq mütəxəssislərdən ibarət iştirakçı qatılıb. Tədbirdə  Türkiyə, Almaniya, İsrail, Polşa, İtaliya, Macarıstan, Rumıniya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən məruzəçilər, Rumıniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri  Vasile Soare, eləcə də Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının, Dünya Neyroreabilitasiya Federasiyasının, Dünya İnsult Təşkilatının, İsrail İnsult Cəmiyyətinin rəhbər şəxsləri iştirak edib.

Bu elmi tədbir neyroreabilitasiya və beyin bərpası sahəsində biliklərin, son tədqiqat nəticələrinin və innovativ təcrübələrin mübadiləsi üçün əsaslı platforma rolunu oynayıb.

Konqresin gündəliyi neyroreabilitasiya və neyroqorumanın fundamental prinsip və nəzəriyyələrindən tutmuş insultun bərpası kimi praktiki məsələlərə qədər geniş mövzuları əhatə edib.

Məruzəçilər öz çıxışlarında “Kəskin işemik insult zamanı fərdi dözümlülük”, “Neyroreabilitasiyada gələcək tendensiyalar”, “Robototexnika: nevroloji reabilitasiya üçün innovasiya”, “Kəskin beyin lezyonundan sonra sağalmanı təşviq etmək üçün motivasiya”, “İnsultdan sonra bərpa üçün maneələrin həlli”, “Vestibulyar reabilitasiya: qiymətləndirmə və müalicə”, “Nevroloji xəstəliklərin müalicəsində rəqəmsal texnologiyalar və süni intellektin rolu” kimi mövzulara toxunublar.  

Konqresin açılış mərasimində çıxış edən TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov belə bir əhəmiyyətli konqresin Bakı şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib və TƏBİB-in təşkilati dəstəyini qeyd edib. Ölkəmizdə son illər reabilitasiyanın inkişafına xüsusi diqqət ayrıldığını qeyd edən P.Əkbərov əlilliyin aradan qaldırılmasına, əlilliyi olan şəxslərin tibbi, psixoloji tədbirlər sistemi vasitəsilə sosial və peşə-əmək qabiliyyətinin qismən də olsa bərpasına nail olunduğunu qeyd edib. Neyroreabilitasiyanın dünya və ölkəmiz üçün daha yeni tədqiqat predmeti olduğunu nəzərə alaraq, bu kimi konqreslərin mütəxəsislərin praktik təcrübə mübadiləsinə yol açdığını vurğulayıb:

“TƏBİB qarşılıqlı təcrübə mübadiləsi, seminarlar, təlimlər yolu ilə sahənin inkişafına maraqlıdır və istiqamətdə əməkdaşlığa açıqdır”.

TƏBİB-in İcraçı direktorunun müşaviri Yeni Klinikada rəhbəri olduğu Somatika və STROK mərkəzinin qurulma prosesindən və gələcək fəaliyyətindən də bəhs edib.

Avropa Neyroreabilitasiya Cəmiyyətləri Federasiyasının prezidenti Dafin Muresanu Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində yaşlanma kimi amillərlə əlaqəli neyroreabilitasiyaya ehtiyacı nəzərə alaraq, nevroloji pozğunluqların yayılmasının qarşısını almaq üçün  məhdud əlçatanlılğı olan kənd yerlərində və az təminatlı ailələrə qayğının artırılmasının önəmini vurğulayıb. O qeyd edib ki,  icma əsaslı reabilitasiya bu problemlərin həllini təmin edə bilər:

“Erkən reabiltasiya səhiyyə sisteminin mərkəzləşdirilmiş yükünü azaldır və daha yaxşı sağlamlıq nəticələrinə nail olmağa kömək edir”.

Dünya Neyroreabilitasiya Federasiyasının prezidenti Volker Homberg isə bildirib ki, təlim üsullarının və digər davranış müdaxilələrinin istifadəsi ilə yanaşı nevroloji reabilitasiyada farmakoloji vasitələrin düzgün istifadəsi ilə əhəmiyyətli dərəcədə xəstələrin yaxşılaşmasına nail olmaq mümkündür:  

“Lakin bunu dəqiqliklə müəyyən etmək lazımdır ki, digər tərəfdən

beyin bərpa mexanizmini pozulmasın. Müəyyən edilmiş “zərərli” dərmanlardan çəkinmək çox vacibdir, eləcə də klinik katamnestik tədqiqatlar beynin plastikliyinə mane olur.  Beyin bərpası üçün antidepresan dərmanların istifadəsinin təsiri düzgün qiymətləndirilməlidir”.  

Dünya İnsult Təşkilatının keçmiş vitse-prezidenti, Tel-Əviv Universitetinin Tibb fakültəsinin nevrologiya üzrə professoru, İsrail İnsult Cəmiyyətinin sədri Natan Bornstein İsraildə  122 nəfər işemik insult xəstələri üzərində keçirilən kliniki sınaqdan bəhs edərək qeyd edib ki, terapiya işemik insult xəstələrində nəticələri köklü surətdə yaxşılaşdıra bilər. O bildirib ki, afaziya – (nitq sistemin formalaşmış pozğunluğu) insultdan xilas olanların təxminən 30%-də müşahidə olunur. Elə buna görə də effektiv müalicə ilə yanaşı terapiya da  tələb olunur. Dərman müalicəsi və 30, 60, 90 gün olmaqla danışıq terapiyası dildə əhəmiyyətli irəliləyişlərə səbəb olur.  

Konqresdə 25-dən çox məruzə dinlənilib. 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader