Konfransdan öncə Quba Rayon İcra Hakimiyyətinin başçısının da iştirakı ilə Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi yad edilib.
TƏBİB-in təşkilati dəstəyi ilə Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən konfransa 200-ə yaxın müxtəlif ixtisaslı həkim, tibb mütəxəssisləri qatılıb.
Tədbirin açılışını Cəmiyyətin prezidenti, Prof.Dr. Qurbanxan Müslümov edib və bildirib ki, konfransın əsas məqsədi region həkimləri ilə bilik və təcrübə mübadiləsi aparmaq və sahə üzrə mümkün irəliləyişlərə nail olmaqdır.
Konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, millət vəkili Azər Badamov, Quba Rayon Mərkəzi Xəstəxanasının Əliyar Sərvərov, Quba RİH başçısının müavini Səidə Abbasova çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzu ediblər.
Konfrans zamanı Prof.Dr. Q.Müslümov, PhD.Dr. Fərid Rəfiyev, PhD.Dr. İlahə Quliyeva, Dr.Asif Cahangirov, Dr. Cavanşir Vahabov maraqlı məruzələrlə çıxış ediblər. Quba Rayon Mərkəzi Xəstəxanasında icra edilən cərrahi əməliyyat konfrans zalına canlı yayımlanıb, əməliyyat texnikası, ağırlaşmaların profilaktikası yolları və s. məqamlar interaktiv şəkildə müzakirəyə açıq elan edilib.
Konfransın ikinci yarısında panel müzakirə və diskussiyalar, həkim və tibb bacıları üçün praktiki treninqlər təşkil edilib.
Sonda iştirakçılara Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya edilərək 8 DTT krediti olan sertifikatlar təqdim edilib.