banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Yeni Klinikada dekabrın 14-də “Təcili yardım şöbəsində klinik EKQ” adlı konfrans keçiriləcək

loader

TƏBİB və “Azərbaycan Təcili Tibb Akademiyası”-nın əməkdaşlığı çərçivəsində Yeni Klinikada dekabrın 14-də “Təcili yardım şöbəsində klinik EKQ” adlı konfrans təşkil olunacaq.

Konfransın məqsədi təcili yardım şöbəsində EKQ-nin tədrisi, həyati təhlükəli aritmiyaların diaqnostikası və təxirəsalınmaz müalicə yollarının mütəxəssislərə aşılanmasıdır.

Konfransda “Təməl EKQ,  EKQ-nin əsas fizioloji prinsipləri və EKQ-nin düzgün çəkilməsi qaydaları”, “Ritm analizi,  Ritmlərin təhlili və sürəti, P-dalğası və QRS seqmentlərinin qiymətləndirilməsi”, “TYŞ-də EKQ: Norma və patologiyalar,  Sinus ritminin norması və EKQ-də patologiyaların aşkarlanması”, “Bradiaritmiyalar: Diaqnostika və TYŞ-də yanaşma, Bradiaritmiyaların diaqnozu və təcili yardım şöbəsində onlara yanaşma üsulları”, “Dar QRS-li taxiaritmiyalar: Diaqnostika və TYŞ-də yanaşma, Dar QRS-li taxiaritmiyaların diaqnostikası və müalicəsi”, “Geniş QRS-li taxiaritmiyalar: Diaqnostika və TYŞ-də yanaşma,  Geniş QRS-li aritmiyaların diaqnostikası və müalicə metodları”, “Kəskin Koronar Sindrom: Diaqnostika və təxirəsalınmaz yanaşma, Kəskin koronar sindromun diaqnostikası və təcili müdaxilə”, “Kardiak arrest ritmləri,  Kardiak arrest zamanı şoklana bilən və şoklana bilməyən ritmlər” üzrə mövzular müxtəlif ekspertlər tərəfindən təqdim olunacaq.

Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinin müdiri, uzman həkim Tural Alıyevin moderatorluğu ilə keçiriləcək konfransda iştirak edən həkimlər təcili yardımda EKQ ilə bağlı biliklərini genişləndirəcək və həyati təhlükəli hallarda tətbiq olunan təcili müdaxilələr barədə məlumat alacaqlar.

Qeyd edək ki, konfransın sonunda iştirakçılar sertifikatla təltif olunacaqlar.