TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov Yaponiyanın Tokyo şəhərində keçirilən Tokyo Beynəlxalq Forumu çərçivəsində dünyanın nüfuzlu fizioterapiya tədbirlərindən biri olan Dünya Fizioterapiya Konqresində çıxış edib.
Dünya Fizioterapiya Konfederasiyası və Yaponiya Fizioterapiya Assosiasiyasının birgə təşkil etdiyi tədbir fizioterapiya sahəsində qlobal bilik və təcrübə mübadiləsinin gücləndirilməsinə, elmi yeniliklərin təqdim edilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə həsr olunub.
Tədbirdə çıxış edən P.Əkbərov Azərbaycanda reabilitasiya xidmətlərinin cari vəziyyəti, son illərdə səhiyyənin prioritet istiqamətlərindən birinə çevrilməsi və bu istiqamətdə həyata keçirilən yeniliklər barədə məlumat verib. O, dövlət xəstəxanalarında reabilitasiya xidmətlərinin təşkili sahəsində aparılan müsbət dəyişikliklərin və koordinasiyalı peşəkar komanda yanaşmasının təşviqinin sistemin ümumi səmərəliliyini əhəmiyyətli dərəcədə artırdığını bildirib.
İcraçı direktorun müşaviri Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə fizioterapiya və reabilitasiya xidmətlərinə əlçatanlığın mərhələli şəkildə artırıldığını, bir sıra dövlət tibb müəssisələrində fizioterapevtik kabinetlər və reabilitasiya bölmələrinin sığorta çərçivəsində fəaliyyətə başladığını vurğulayıb.
P.Əkbərov, həmçinin reabilitasiyanın müxtəlif sahələri - tibbi, psixososial, funksional, kognitiv və peşə reabilitasiyası üzrə fəaliyyətlərin gücləndirildiyini qeyd edib. O bildirib ki, bu istiqamətlərdə göstərilən səylər və görülən tədbirlər həm fərdi, həm də ictimai səviyyədə sağlamlığın qorunması və bərpasında mühüm rol oynayır. Fizioterapiya sahəsində kadr hazırlığı və təhsilin keyfiyyəti məsələsinə də toxunan P.Əkbərov vurğulayıb ki, tədris proqramlarının müasirləşdirilməsi, praktik bacarıqların təkmilləşdirilməsi və tədrislə praktik fəaliyyətin inteqrasiyası tələbələrin real iş mühitinə uyğun hazırlanmasına xidmət edir.
Sonda P.Əkbərov reabilitasiya sahəsində yaxın gələcək üçün nəzərdə tutulmuş inkişaf strategiyaları və yol xəritəsini təqdim edərək rəqəmsallaşmanın, peşəkar potensialın gücləndirilməsinin və o cümlədən beynəlxalq əməkdaşlığın bu sahənin davamlı inkişafının təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.
Məlumat üçün bildirək ki, Dünya Fizioterapiya Konfederasiyası (World Physiotherapy) 1951-ci ildə 11 milli fizioterapiya assosiasiyası tərəfindən “World Confederation for Physical Therapy” adı ilə yaradılıb. 129 ölkənin üzv olduğu qurum 600.000-dən çox fizioterapevti təmsil edir.
TƏBİB-in İcraçı direktorunun müşaviri Yaponiyada keçirilən Dünya Fizioterapiya Konqresində iştirak edib
Digər xəbərlər
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
04.03.2026
Xocavənd və Xocalı rayonlarına yola salınan köç karvanını təcili tibbi yardım briqadaları müşayiət edib
12.03.2026
Anar İsrafilov vətəndaşları qəbul edib
05.03.2026
Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində bir il ərzində 7000-ə yaxın pasiyentə tibbi xidmət göstərilib
13.03.2026
Səhiyyə Nazirliyində işğaldan azad olunmuş ərazilərdə tibb xidmətlərinin təşkilinə dair işçi qrupunun növbəti iclası keçirilib
12.03.2026
Son bir ildə Yeni Klinikada canlıdan-canlıya 7 böyrək transplantasiyası əməliyyatı həyata keçirilib
06.03.2026
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına hazırlıq məsələlərinə dair məruzələr dinlənilib
04.03.2026
Yeni Klinikada HPB cərrahiyyəsində radiologiyanın strateji roluna həsr olunan interaktiv konfrans keçirilib
03.03.2026
TƏBİB-in dəstəyi ilə “Pediatriyada laboratoriyanın əhəmiyyəti” mövzusunda konfrans keçirilib
02.03.2026
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sosial cəhətdən həssas qrupdan olan qadınlar üçün ilkin tibbi-sanitariya yardımı və reproduktiv sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib
02.03.2026