Rəqəmsal sənəd və məlumatların əhatə dairəsi “mygov” platformasında genişlənməyə davam edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə vətəndaşlar “Ailə həkimim”, “Həkim müraciətlərim” və “Laborator analiz nəticələrim” barədə məlumatlarını birbaşa mygov platformasından əldə edə bilərlər.
Əvvəllər bu məlumatlara yalnız “e-Tabib” mobil tətbiqi vasitəsilə baxmaq mümkün idisə, indi “mygov” veb portalı və mobil tətbiqi üzərindən məlumatlarla tanış olmaq olar. Beləliklə, vətəndaşlar əlavə platformalara keçid etmədən, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində həm icbari tibbi sığorta hesabına, həm də ödənişli əsasda onlara göstərilən tibbi xidmətlər, əlavə olaraq digər dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığorta hesabına göstərilən xidmətlər barədə məlumatlara bir məkandan çıxış imkanı qazanıblar.
Yeni xidmətlərin istifadəsi aşağıdakı mərhələlər üzrə həyata keçirilir:
- “Ailə həkimim” məlumatları üzrə istifadə qaydası:
- “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
- “Ailə həkimim” seçilir.
- Məlumatlarla tanış olunur.
Bu funksionallıq vasitəsilə vətəndaşlar qeydiyyatda olduqları ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsindəki ailə həkimi barədə məlumatları rahatlıqla əldə edə bilirlər.
- “Həkim müraciətlərim” məlumatları üzrə istifadə qaydası:
- “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
- “Həkim müraciətlərim” seçilir.
Burada vətəndaşlar həkimə etdiyi müraciətlər, qoyulmuş diaqnozlar və göstərilən tibbi xidmətlərlə bağlı məlumatlarla tanış ola bilirlər.
- “Laborator analiz nəticələrim” məlumatları üzrə istifadə qaydası:
- “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
- “Laborator analiz nəticələrim” seçilir.
- Məlumatlarla tanış olunur.
Bu yeniliklər vətəndaşlara vaxt və resurslarına qənaət etməyə, eyni zamanda tibbi məlumatlara daha sürətli və rahat çıxış imkanı əldə etməyə xidmət edir.
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirilib
Digər xəbərlər
Tibb müəssisələrində infeksiyalara epidemioloji nəzarət gücləndirilir
02.10.2026
TƏBİB-in nümayəndələri Özbəkistanda keçirilən “IX Ftiziatrlar və Pulmonoloqlar Konqresi”ndə iştirak edib
02.10.2026
TƏBİB-in nümayəndə heyəti və ABŞ-nin “AIdMD Technologies” şirkəti arasında görüş keçirilib
29.09.2026
Respublika Klinik Xəstəxanasında 91 yaşlı qadın uğurla əməliyyat olunub
01.10.2026
Yeni Klinikanın ilk robotik total qastrektomiya təcrübəsi beynəlxalq konqresdə təqdim olunub
01.10.2026
TƏBİB-in mütəxəssisləri ABŞ-də robotik reabilitasiya üzrə təlimdə iştirak edib
29.09.2026
Kəlbəcər rayonunda səyyar tibbi xidmət təşkil olunub
28.09.2026
Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub
28.09.2026
Anar Bayramov Xocavənd rayonunda vətəndaşları qəbul edib
25.09.2026
Daun sindromlu azyaşlı həkimlərin operativ müdaxiləsi sayəsində həyata qaytarılıb
25.09.2026
