banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sumqayıtda 10 ayda 2500-dən çox yenidoğulmuşun eşitmə müayinəsi aparılıb

loader

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzdə yenidoğulmuşlar arasında eşitmə pozuntularının erkən aşkarlanması məqsədilə audiometriya (eşitmə testi) müayinələri aparılır.

Audiometriya yenidoğulmuşlar üçün nəzərdə tutulan neonatal skrininqlərdən biridir. Prosedur ağrısızdır, bir neçə dəqiqə davam edir və bir qayda olaraq, körpə doğulduqdan 12 saat sonra həyata keçirilir.

İlkin müayinənin nəticəsi qənaətbəxş olmadıqda, mümkün səbəblər araşdırılır və müayinənin katamnestik kabinetdə təkrarlanması tövsiyə olunur. Təkrar nəticə də qənaətbəxş olmadıqda uşaq daha ətraflı müayinə üçün surdoloji mərkəzə yönləndirilir.

Hesabat dövründə Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki tibb müəssisələrində və ambulator kabinetdə ümumilikdə 2508 uşağın audiometriya müayinəsi aparılıb. Onlardan 1 260-ı Sumqayıt Perinatal Mərkəzin stasionarında, 750-si 1 nömrəli Şəhər Xəstəxanasının doğum şöbəsində, 498-i isə ambulator kabinetdə müayinə olunub.

Ambulator kabinetdə müayinə olunan uşaqlardan 150-si özəl tibb müəssisələrindən, 90-ı isə digər tibb mərkəzlərindən yönləndirilib.

Qeyd edək ki, eşitmə skrininqi mümkün pozuntuların erkən aşkarlanmasına və uşaqların vaxtında müvafiq müayinələrə cəlb edilməsinə imkan yaradır.

loader
loader
loader
loader
loader