banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Sumqayıtda 1900-dən çox ailə patronaj qayğısı ilə əhatə olunub

loader

Ana və uşaq sağlamlığının qorunması istiqamətində  patronaj xidməti modeli uğurla həyata keçirilir və müsbət nəticələr verir. TƏBİB tibbi yardımın keyfiyyətini artırmaq üçün xidməti ailələrə daha yaxınlaşdırır.

Sumqayıt şəhərində keçirilən tibbi müayinələr çərçivəsində 1964 ailə patronaj ziyarətləri ilə əhatə olunub. Müayinələrdən 1529 uşaq, 282 hamilə və 150 zahı keçib. Beləliklə, çoxsaylı ailələr tibbi dəstəyi birbaşa öz yaşayış yerlərində əldə edib.

Yeni modelin əsas üstünlüyü ondan ibarətdir ki, tibbi xidmət təkcə xəstəlik zamanı göstərilmir. Risklər erkən mərhələdə aşkarlanır, profilaktik tədbirlər isə vaxtında görülür. Beləliklə, sağlam gələcək ailələrin öz evində başlayır.

loader
loader
loader
loader
loader