banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in nümayəndələri Özbəkistanda keçirilən “IX Ftiziatrlar və Pulmonoloqlar Konqresi”ndə iştirak edib

loader

Daşkənd şəhərində baş tutan konqresdə Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov, Tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Əsgər İsmayılov və həmin departamentin Profilaktika və diaqnostika xidmətinin təşkili şöbəsinin müdiri Anar Adilov iştirak edib. 

Tədbir Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun, “Stop TB Partnership” təşkilatının nümayəndələri, o cümlədən İsveçrə, Almaniya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus və Özbəkistandan alimlər, həkimlər, səhiyyə menecerləri və mütəxəssislərini bir araya gətirib.

Konqres çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən “Azərbaycan Respublikasında vərəmin sürətli diaqnostikası məqsədilə süni intellektdən istifadə etməklə innovativ molekulyar-genetik və rentgenoloji metodların, həmçinin ekspress-testin tətbiqi” mövzusunda tezis nümayiş etdirilib və “Vərəmin sürətli diaqnostikasında innovativ texnologiyalar” mövzusunda təqdimatla çıxış edilərək TƏBİB-in vərəmlə mübarizədə innovativ yanaşmaları, əldə olunmuş nəticələr və gələcək perspektivlərlə bağlı iştirakçılara məlumat verilib.

loader
loader
loader
loader