TƏBİB-in tabeliyindəki tibb müəssisələrində səhiyyə ilə əlaqəli infeksiyalara (HAI) epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı çərçivəsində HAI-lərə epidemioloji nəzarətin qiymətləndirilməsi üçün Nöqtəvi Yayılma Sorğusunun (PPS) tətbiqinə hazırlıq məqsədilə Yeni Klinikanın, Sabunçu Tibb Mərkəzinin və Respublika Klinik Xəstəxanasının əməkdaşları üçün praktiki təlimlər keçirilib.
Sözügedən sorğu HAI-lərin yayılma vəziyyətinin qiymətləndirilməsinə, eləcə də infeksiyaların profilaktikası və nəzarəti tədbirlərinin təkmilləşdirilməsinə imkan verir.
Qeyd edək ki, həyata keçirilən tədbirlər ÜST-nin 2024–2030-cu illər üzrə İnfeksiyaların Qarşısının Alınması və Nəzarət üzrə Qlobal Fəaliyyət Planı çərçivəsində reallaşdırılan layihənin tərkib hissəsidir və Azərbaycan layihəyə cəlb olunan 6 ölkədən biridir.
Layihə çərçivəsində tibb müəssisələrində infeksiyaların profilaktikası və nəzarətinin gücləndirilməsi, həmçinin bu sahədə mütəxəssislərin praktiki potensialının artırılması istiqamətində işlər aparılır.
Tibb müəssisələrində infeksiyalara epidemioloji nəzarət gücləndirilir
Digər xəbərlər
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və TƏBİB-in kollektivləri Zəfər abidəsini ziyarət ediblər
11.11.2026
Kəlbəcərdə məktəblilər və ailələr üçün tibbi xidmət təşkil olunub
20.10.2026
Sumqayıtda 1900-dən çox ailə patronaj qayğısı ilə əhatə olunub
15.10.2026
Kəlbəcər şəhərində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub
17.11.2026
Vətəndaşlar üçün tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi imkanı yaradılıb
17.11.2026
15 Noyabr – Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü münasibətilə tədbir keçirilib
17.11.2026
Uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün tibbi müayinələr təşkil olunub
16.11.2026
Ana və uşaqların sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
16.11.2026
Bakıda patronaj xidməti çərçivəsində 900-dən çox uşaq, hamilə və zahı qadın tibbi müayinədən keçirilib
13.11.2026
Ağdərə rayonunun Vəngli kəndində sakinlər üçün səyyar tibbi xidmət təşkil olunub
13.11.2026
