banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Respublika Klinik Xəstəxanasında 91 yaşlı qadın uğurla əməliyyat olunub

loader

TƏBİB-in tabeliyindəki Respublika Klinik Xəstəxanasında 1935-cü il təvəllüdlü qadın pasiyent üzərində sol bud sümüyünün osteosintezi əməliyyatı uğurla icra olunub. 

Tibb müəssisəsinə müraciət edən pasiyentə aparılan laborator və instrumental müayinələrin nəticələrinə əsasən sol bud sümüyünün burmaüstü sınığı diaqnozu təyin edilib və müvafiq əməliyyata alınıb. Xəstəxananın aidiyyəti şöbəsində onun müalicəsi davam etdirilib. 

Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent daha sonra ambulator müalicə üçün evə buraxılıb.