banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub

loader

Respublika Pediatriya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yasamal Uşaq Klinik Xəstəxanası və Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında uşaq evlərində yaşayan uşaqlar üçün mütəmadi tibbi müayinələr təşkil olunur.

Növbəti müayinələr zamanı uşaqlar müxtəlif ixtisaslı həkimlərin qəbulunda olublar. Həkimlər tərəfindən onların sağlamlıq vəziyyəti qiymətləndirilib, zəruri müayinələr aparılıb və sonrakı tibbi müşahidə ilə bağlı tövsiyələr verilib.

Müayinələrin məqsədi uşaqların sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, ehtiyacların vaxtında müəyyənləşdirilməsi və zəruri tibbi yardımın göstərilməsidir.

Qeyd edək ki, tibbi müayinələr Respublika Pediatriya Mərkəzi tərəfindən davam etdiriləcək.

loader
loader
loader
loader