TƏBİB-in tabeliyindəki Yeni Klinikanın direktor müavini, Yeni Robotik Reabilitasiya Mərkəzinin rəhbəri Pərvin Əkbərov və fizioterapist-reabilitoloq Aydan Cabarova ABŞ-nin Florida ştatında “Robotik Antalgic-Trak Onurğa Dekompresiya Sistemi” üzrə ixtisaslaşmış təlimdə iştirak ediblər.
“The Neck and Back Institute”da keçirilən təlimdə mütəxəssislər “Antalgic-Trak” sisteminin iş prinsipləri, klinik tətbiqi və müalicə protokolları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdiriblər.
Qeyd edək ki, Yeni Robotik Reabilitasiya Mərkəzində istifadə olunan “Antalgic-Trak” sistemi onurğanın boyun və bel nahiyəsində yaranan problemlərin qeyri-cərrahi müalicəsi üçün nəzərdə tutulub.
