banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs (bundan sonra – Agentlik) yaradılıb.

Agentliyin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilib.

Agentlik Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin, eləcə də sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinin maliyyələşdirilməsi üçün vəsaitin icbari tibbi sığorta fondunda cəmləşdirilməsi və həmin vəsaitin idarə olunması, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı və xərclərin ödənilməsi, habelə əlilliyin qiymətləndirilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.