banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in nümayəndə heyəti və ABŞ-nin “AIdMD Technologies” şirkəti arasında görüş keçirilib

loader

Görüşdə süni intellekt və rəqəmsal tibbi həllər sahəsində mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Şirkət həkim-pasiyent danışıqlarının strukturlaşdırılmış tibbi qeydə çevirən və tibbi məlumatların təhlilini dəstəkləyən elektron səhiyyə platformasını təqdim edib. Tərəflər bu cür həllərin tibbi xidmətlərin keyfiyyətinə, səmərəliliyinə və pasiyentyönümlülüyünə mümkün töhfəsi barədə fikir mübadiləsi aparıblar.

loader
loader
loader
loader
loader