banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Anar Bayramov Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarını ziyarət edib

loader
TƏBİB-in İcraçı direktoru Anar Bayramov Qobustan və Şamaxı rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinə işgüzar səfər edib.
 
Səfər çərçivəsində əvvəlcə Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olunub. Baxış zamanı müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də pasiyentlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər qiymətləndirilib.
 
Daha sonra Şamaxı Rayon Mərkəzi Xəstəxanasına baş çəkən İcraçı direktor burada yaradılmış şərait, şöbələrin fəaliyyəti, tibbi xidmətlərin təşkili və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub.
 
Anar Bayramov hər iki tibb müəssisəsinin rəhbərliyi ilə keçirilən görüşlərdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, kadr potensialının səmərəli idarə olunması və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader