Ağdam Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Modul Tipli Xəstəxanada sakinlər üçün səyyar tibbi müayinələr keçirib.
Səyyar xidmət çərçivəsində sakinlərin ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, terapevt, pediatr, ultrasəs müayinəsi üzrə həkim, ginekoloq və otorinolarinqoloq tərəfindən müayinələr aparılıb, zəruri tibbi məsləhətlər verilib.
Tibb məntəqəsi olmayan yaşayış ərazilərində təşkil edilən bu cür səyyar xidmətlər işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.
Müayinələrdən 6-sı uşaq olmaqla, ümumilikdə 64 sakin yararlanıb. Əlavə müayinə və müalicəyə ehtiyacı müəyyən edilən şəxslər aidiyyəti tibb müəssisələrinə yönləndirilib.
