banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi müayinə təşkil olunub

loader

Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim heyəti tərəfindən işğaldan azad edilən Ağdərə rayonunun Vəngli kəndinə köç edən sakinlər üçün səyyar tibbi xidmət göstərilib.

Səyyar tibbi xidmət zamanı həkim-mütəxəssislər (terapevt, pediatr, cərrah, mama-ginekoloq və laborant) tərəfindən Vəngli kəndində yaşayan əhalinin, o cümlədən uşaq əhalisinin və ahıl sakinlərin sağlamlıq vəziyyəti qiymətləndirilib. Səyyar tibbi müayinələr zamanı ümumilikdə 14 nəfər tibbi müayinələrdən keçirilib.

Məqsəd əhalinin tibbi xidmətlərə əlçatanlığının genişləndirilməsi, xüsusilə müxtəlif səbəblərdən tibb müəssisələrinə müraciət etməkdə çətinlik çəkən vətəndaşların yerində müayinəsinin təşkil olunmasıdır.

loader
loader
loader
loader
loader
loader