banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub

loader

TƏBİB və tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən olan həkimlər “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” və “Süni intellekt dövründə informasiya təhlükəsizliyi” mövzularında maarifləndirici təlimlərə cəlb edilib.

Təlimlərin keçirilməsində məqsəd fişinq və sosial mühəndislik hücumlarından qorunma, güclü şifrə siyasətinin tətbiqi, pasiyent məlumatlarının məxfiliyinin təmin edilməsi, süni intellekt alətlərindən təhlükəsiz və düzgün istifadə, eləcə də iş mühitində kibertəhlükəsizlik risklərinin idarə olunması kimi aktual mövzular üzrə əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.

Təlimlərdə TƏBİB aparatından və eləcə də tabeli tibb müəssisələrinin rəhbər şəxslərindən 90 nəfər, tabeli tibb müəssisələrində çalışan tibbi heyət üzrə 60 nəfər, tibb müəssisələrinin inzibati heyətindən 120 nəfər olmaqla, ümumilikdə 270 nəfər iştirak edib.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş "Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi Qaydaları"na əsasən keçirilir.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader