Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunan, Daun sindromlu azyaşlıya göstərilən təxirəsalınmaz tibbi yardım və intensiv müalicə qısa müddətdə öz müsbət nəticəsini verib.
15 sentyabr 2026-cı il tarixində huşu aydın olmayan, yüksək hərarət, tonik-klonik qıcolmalar və ağır tənəffüs çatışmazlığı ilə tibb müəssisəsinə hospitalizasiya olunan azyaşlıya həkimlər tərəfindən dərhal zəruri tibbi müdaxilələr həyata keçirilib.
Fasiləsiz tibbi müşahidə, intensiv müalicə və həkimlərin peşəkar yanaşması nəticəsində balaca pasiyentin vəziyyəti stabilləşib, huşu bərpa olunub, qıcolmalar dayanıb və tənəffüsü normallaşıb.
Bir neçə gün davam edən müalicənin ardından vəziyyəti tam stabilləşən azyaşlı 19.09.2026-cı il tarixində ambulator müalicə üçün evə buraxılıb.
