banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in dəstəyi ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri üçün praktiki təlim təşkil olunub

loader

TƏBİB-in dəstəyi ilə Yeni Klinikanın nəzdində fəaliyyət göstərən TƏBİB Akademiyasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri üçün “Ürək-ağciyər reanimasiyası, AXD-nin istifadəsi” mövzusunda praktiki təlim keçirilib.

Təlimdə 20 könüllü iştirak edib. İştirakçılara ürəyin qəfil dayanması zamanı vəziyyətin qiymətləndirilməsi, təcili tibbi yardımın çağırılması, ürək-ağciyər reanimasiyasının aparılması və avtomatik xarici defibrilyatordan (AXD) istifadə qaydaları izah olunub. Nəzəri biliklər simulyasiya avadanlıqları üzərində praktiki məşğələlərlə möhkəmləndirilib.

Proqram çərçivəsində könüllülər Yeni Klinikanın Təcili tibbi yardım şöbəsi və Yeni Robotik Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader