banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Yeni Klinikanın ilk robotik total qastrektomiya təcrübəsi beynəlxalq konqresdə təqdim olunub

loader

Yeni Klinikanın mütəxəssisləri 20-ci Çin Mədə Xərçəngi Konqresində (CGCC 2026) Azərbaycanı təmsil ediblər.

Konqresdə Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri Eldar Əhmədov və ümumi cərrah Ayxan Abbasov iştirak ediblər.

Ayxan Abbasov “Azərbaycanda ilk robotik total qastrektomiya əməliyyatı: ilkin klinik təcrübə” mövzusunda məruzə ilə çıxış edərək Yeni Klinikada Eldar Əhmədov tərəfindən icra olunan ilk robotik total qastrektomiya əməliyyatı üzrə ilkin klinik təcrübəni təqdim edib.

Konqresdə mədə xərçənginin diaqnostika və müalicəsində müasir yanaşmalar, minimal invaziv cərrahiyyə və multidisiplinar müalicə imkanları müzakirə olunub.

loader
loader
loader
loader