TƏBİB tərəfindən uşaq əhalisinin sağlamlığının qorunması məqsədilə görülən işlər çərçivəsində cari ilin avqustun 1-dən etibarən sentyabrın 30-dək ümumilikdə 65 mindən çox uşaq vaksinasiyaya cəlb olunub.
Belə ki, Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan uşaq poliklinikalarında, həmçinin regionlarda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ümumilikdə 65 257 uşağa 90 972 peyvənd vurulub.
Qeyd edək ki, peyvəndlər hər il milyonlarla insanı xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir.
