banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in əməkdaşı Gədəbəy Rayon Məhkəməsinin hakimi təyin olunub

loader

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə TƏBİB-in Hüquq departamentinin Dövlət orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Əli Surxay oğlu Hümbətov Gədəbəy Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Əli Hümbətov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyəti dövründə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında müxtəlif vəzifələrdə çalışıb.

Ə.Hümbətovu yeni təyinatı münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!