banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Funksional məhdudiyyəti olan şəxslər üçün tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində təlimlər keçirilib

loader

Azərbaycanda köməkçi məhsullara əlçatanlığın genişləndirilməsi və köməkçi texnologiyaların ilkin səhiyyə xidmətlərinə inteqrasiyasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin əməkdaşlığı ilə həyata keçirilən Köməkçi Məhsullar üzrə Təlim (TAP) proqramı çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin əməkdaşları üçün mərhələli şəkildə təlimlər təşkil olunub.

Nəzəri və praktiki təlimlər tibb işçilərinin fiziki məhdudiyyəti olan şəxslərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun köməkçi vasitələri seçmək və müvafiq xidmətlərə yönləndirmək bacarıqlarının artırılmasına yönəlib. Köməkçi vasitələrə təkərli oturacaqlar, optik eynəklər, eşitmə cihazları, əsalar və bu fəsildən olan digər məhsullar daxildir. 

2025-ci ildən mərhələli şəkildə həyata keçirilən proqram çərçivəsində Bərdə və Şamaxı rayon mərkəzi xəstəxanalarının, eləcə də Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına Xəstəxananın əməkdaşları olmaqla ümumilikdə 120 tibb işçisi təlimlərə cəlb olunub.

Qeyd edək ki, təlimlər ÜST-nin Azərbaycan dilində də istifadəyə verilmiş “Learning on TAP” rəqəmsal platformasındakı Köməkçi Texnologiyalar Kursu əsasında təşkil olunub:  https://www.gate-tap.org/course-list/assistive-technology\

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader