Yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub. Təqdimatı Baş nazirin müavini Teymur Musayev həyata keçirib.
Təqdimat mərasimində çıxış edən Teymur Musayev səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin ardıcıl şəkildə davam etdirilməsinin və qarşıya qoyulan hədəflərə nail olmaq üçün mövcud imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.
Teymur Musayev, həmçinin qarşıya qoyulan vəzifələrin icrasında yeni təyin olunmuş səhiyyə nazirinə və nazirliyin kollektivinə uğurlar arzulayıb.
