banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Kəlbəcər şəhərində sakinlər üçün səyyar tibbi müayinə təşkil edilib

loader

Qarabağın bərpası və yenidən qurulması proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan sakinlərin sosial və tibbi xidmətlərdən rahat yararlanması daim diqqət mərkəzindədir.

Bu istiqamətdə Kəlbəcər şəhərində yaşayan əhalinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, xəstəliklərin erkən mərhələdə aşkarlanması və tibbi xidmətlərin sakinlərə yaşadıqları ərazidə göstərilməsi məqsədilə səyyar tibbi müayinələr keçirilib. Müayinələr Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri tərəfindən icra edilib.

Şəhər sakinləri, o cümlədən 0–18 yaşlı uşaqlar müayinələrlə əhatə olunub. 

Əhali arasında həyata keçirilən patronaj tədbirləri çərçivəsində isə 9 ailədən 35 nəfər qeydiyyata alınıb.

loader
loader
loader
loader
loader
loader