banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Kəlbəcərdə məktəblilər və ailələr üçün tibbi xidmət təşkil olunub

loader

Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Kəlbəcər Ailə Sağlamlıq Mərkəzi tərəfindən məktəblilərin sağlamlığının qorunması və patronaj xidmətinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

16 oktyabr 2026-cı il tarixində Kəlbəcər şəhərində yerləşən B. Cəfərov adına 1 saylı tam orta məktəbdə dispanserizasiya tədbiri keçirilib. Tədbir çərçivəsində 40 şagird həkim-pediatr tərəfindən müayinə olunub, 18 yeniyetmə qızla həkim-ginekoloq tərəfindən maarifləndirici söhbət aparılıb.

Bununla yanaşı, 14 ailənin 39 üzvünə patronaj xidməti göstərilib.

Bu cür tədbirlər tibbi xidmətlərin əlçatanlığının artırılmasına, sağlamlıq risklərinin erkən aşkarlanmasına və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinə xidmət edir.

loader
loader
loader
loader
loader
loader
loader
loader