TƏBİB-in İcraçı direktorunun tapşırığına əsasən, qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində reanimotoloji-anestezioloji xidmətin keyfiyyətinin artırılması və regionlarda sahə üzrə kadr potensialının gücləndirilməsi məqsədilə Yeni Klinikada keçirilən təlimlərin ikinci mərhələsinə start verilib.
Təlimlərin növbəti mərhələsində Qazax, Şəmkir, Tovuz, Ağstafa və Gədəbəy rayon mərkəzi xəstəxanalarının Reanimasiya və Anesteziologiya şöbələrində çalışan 5 həkim və 20 orta tibb işçisi Yeni Klinikaya ezam olunub.
Yeni Klinikanın Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun rəhbərliyi ilə təşkil olunan təlim proqramı çərçivəsində iştirakçılar ilkin qiymətləndirmədən keçirib. Bir ay davam edəcək proqram zamanı tibbi heyət Reanimasiya və Anesteziologiya şöbələrində həm nəzəri, həm də praktiki biliklərini artıracaq, real klinik hallarda təcrübə qazanacaq.
Həmçinin təlim müddətində nəzəri biliklərin artırılması məqsədilə iştirakçılar “TƏBİB Akademiyası”nda təşkil olunan seminar və təlim sessiyalarına qatılacaq.
Qeyd edək ki, sözügedən layihə çərçivəsində bölgələrdə göstərilən reanimotoloji və anestezioloji xidmətlərin səviyyəsinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin artırılması və tibbi heyətin peşəkar inkişafına töhfə verilməsi nəzərdə tutulur. Təlimlərin ilk mərhələsi uğurla başa çatıb və layihəyə TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin də cəlb olunması planlaşdırılır.
Reanimasiya və anesteziya üzrə tibbi xidmətin peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirilir
Digər xəbərlər
Anar Bayramov işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrinə baxış keçirib
29.06.2026
Anar Bayramov Şuşa şəhərində vətəndaşları qəbul edib
30.06.2026
Anar Bayramov Şuşa Müalicə-Sağlamlıq Mərkəzi və Qarabağ Universitetini ziyarət edib
30.06.2026
Yeni Klinikada ilk laporoskopik parsial nefrektomiya əməliyyatı uğurla həyata keçirilib
14.07.2026
Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə başlanılır
13.07.2026
TƏBİB-in daha bir tabeli tibb müəssisəsində onlayn növbə sistemi istifadəyə verildi
29.06.2026
Böyrək çatışmazlığı uğurlu transplantasiya əməliyyatı ilə aradan qaldırıldı
29.06.2026
Respublika Pediatriya Mərkəzinin əməkdaşları Naxçıvanda keçirilən konfrans və müayinə aksiyasında iştirak ediblər
25.06.2026
TƏBİB tabeli tibb müəssisələrində bakteriya koloniyalarının sürətli laborator diaqnostikası tətbiq olundu
25.06.2026
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında oftalmoloji əməliyyatların icrasına başlanılıb
23.06.2026