banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Yeni Klinikada “Diabet və müasir yanaşma metodları” adlı konfrans keçirilib

loader

TƏBİB-in Təlim və tədqiqatlar departamentinin, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Təcili Tibb Akademiyasının təşkilatçılığı ilə  Yeni Klinikada “Diabet və müasir yanaşma metodları” adlı konfrans keçirilib.

Konfransda çıxış edən TƏBİB akademiyasının rəhbəri Tural Xaspolad diabet xəstələrinin ölkədə rast gəlmə tezliyinin yüksək olduğunu qeyd edərək, müasir yanaşma metodlarının tətbiq olunmasının zərurətini vurğulayıb.

Konfransda şəkərli diabet Tip 2-nin diaqnostikası və müalicəsi, Azərbaycanda şəkərli diabet xəstələrinin statistikası, prediabetin diaqnostik meyarları, diabetik təcili hallar, hiperosmolyar hiperqlisemik vəziyyətlər, normoqlisemik diabetik ketoasidoz, diabetin idarəolunmasında hazırkı problemlər, artan qlikemik dəyişkənlik, davamlı qlükoza monitorinqi, diabet xəstələrində kəskin ürək-damar hadisələri: risklərin qiymətləndirilməsi və təcili yardım strategiyaları, hipoqlikemik təcili hallar, aclıq hipoglikemiyası  və s. kimi mövzular müzakirə edilib.

200-ə yaxın həkim-mütəxəssisin iştirak etdiyi konfransın məqsədi diabet xəstələrinə təcili yardım şöbələrində müasir yanaşmanın tətbiqi, əməkdaşların bilik və bacarıqlarının artırılmasıdır.

Sonda məruzəçilər davamlı tibbi təhsil fəaliyyətlərinə görə sertifikatla təltif olunublar.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader