banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB tabeli tibb müəssisələrində dərman allergiyası və anafilaktik şok hallarının fəsadların profilaktikası, erkən diaqnostikası və müalicəsi mövzusunda tibb işçilərinin biliklərinin yenilənməsi məqsədilə silsilə təlimlər təşkil edilib

loader

TƏBİB tabeli tibb müəssisələrində dərman allergiyası və anafilaktik şok hallarının fəsadların profilaktikası, erkən diaqnostikası və müalicəsi mövzusunda tibb işçilərinin biliklərinin yenilənməsi məqsədilə silsilə təlimlər təşkil edilib. Təlimin keçirilməsində məqsəd, iştirakçılara anafilaksiyanın tanınması, qarşısının alınması və təcili müdaxilə üsulları barədə məlumat verməkdir.

TƏBİB-inTəlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, anafilaksiya baş verdikdə vaxtında diaqnozun düzgün qoyulması və operativ şəkildə tədbirlərin görülməsinin vacibliyi vurğulayıb.
Təlimdə anafilaksiyanın tanınması, dərman seçimi, adrenalin preparatının düzgün və təhlükəsiz istifadəsi, təcili yardım xidmətləri ilə effektiv əlaqə qurma və xəstənin həyatı üçün zəruri olan ilkin tədbirləri görmə və risklərin azaldılması və profilaktikası haqqında geniş məlumat təqdim edilib. 

“Rasional antibiotikoterapiya və rezistentliyinin aradan qaldırılması” mövzusuna həsr olunan təlimin növbəti hissəsində antibiotiklərin düzgün istifadə qaydası, göztərişlər,  əks göstərişlər, əlavə təsirləri, müxtəlif xəstəliklərdə istifadə alqoritmləri haqqında geniş məlumatlar təqdim edilib.

Qeyd edək ki, 3 gün davam edən təlimdə, tabeli tibb müəssisələrdən ümumilikdə 631 həkim-mütəxəssis iştirak edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader