banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Multidisiplinar neyrotravma üzrə Avstriya təcrübəsi öyrənilir

loader
Yeni Klinikanın nəzdində yaradılacaq Multidisiplinar neyrotravma mərkəzinin idarə və inkişaf etdirilməsi məqsədi ilə TƏBİB-in İcraçı direktorunun müşaviri, Yeni Klinikanın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərovun rəhbərliyi ilə İnsult mərkəzinin şöbə müdiri həkim-nevroloq Minarə Çərkəzzadə, həkim-neyrocərrah Tural Əhmədov Avstriyanın Vyana Universiteti ilə praktiki görüşlərdə iştirak ediblər.
Görüş çərçivəsində əsas məqsədi tədqi̇qat, müalicə və tibb təhsili üzrə neyrotravmatologi̇yanın inkişafı olan Multidisiplinar Neyrotravmatologiya Akademiyasının (The Academy for Multidisciplinary Neurotraumatology - AMN) təşkilatçılığı ilə keçirilən Neyrotravma Müalicə və Simulyasiya Mərkəzinin (Neurotrauma Treatment Simulation Center - NTSC) təlimləri baş tutub.
Məlumat üçün bildirək ki, 6 ölkədən və 4 böyük tibb müəssisəsindən olan multidisiplinar komandanı özündə birləşdirən NTSC xəstənin sağalma mərhələlərinə yönəlmiş təlim proqramı hazırlayır, müalicənin hər mərhələsində TBI xəstələrinin kompleks ehtiyacları üçün birgə anlaşmanı inkişaf etdirir, kəskin müalicədə koqnitiv, davranış və depressiv pozğunluqlarla bağlı müalicə nihilizmini azaldır, xəstənin sağalma müddətində iştirak edən tibb mütəxəssisləri arasında əməkdaşlığın formalaşdırılmasını təmin edir.
Dünyanın müxtəlif ölkələrindən olan tibb mütəxəssislərinin iştirak etdiyi 4 günlük təlimlərdə müxtəlif istiqamətlər üzrə dünyaca məşhur professorlar tərəfindən təlimlər keçirilib.
“Ever Neyro Farma” şirkətinin tibbi işlər üzrə direktoru Axel Kohlmentz, Vyana Tibb Universitetinin Neyrocərrahiyyə şöbəsinin müdiri professor Kristian Matula, professor Helmut Trimmel, Vera Volgenant və digər professorların iştirak etdiyi təlimlərdə “Travmatik beyin zədəsi zamanı xəstəxanaya qədər ilkin tibbi yardım”, “Neyrotravma Müalicə Simulyasiya Mərkəzinin (NTSC) icmalı və məqsədi”, “TBİ müalicə konseptləri”, “Anestezioloq, travmatoloq və neyrocərrahların imkanları”, “Neyrotravma poqramını və komandanı yaratma üsulları”, "Ortoptik müalicə və yanaşmalar", “Erkən reabilitasiyada müalicə planları”, “İlkin və ikinci dərəcəli missiyalar üçün havadan xilasetmə sistemi” və s. kimi mövzular üzrə seminarlar keçirilib.
Təlim zamanı həmçinin Avropanın ən böyük universitet-xəstəxanası olan Vyana Universiteti, “Wiener Neustadt” Hava Xilasetmə Xidməti, Vyana General Hospital (AKH), Vyana Meidling Xəstəxənası, Floridsdorf Klinikasında təşkil olunan canlı cərrahi sessiyalar, simulyasiyalar böyük maraqla qarşılanıb. İştirak edən tibb mütəxəssisləri üçün uğurlu təcrübə proqramı olan təlimlərdə fizioterapiya-reabilitasiya, neyrocərrahiyyə üzrə önəmli məqamlara toxunularaq, optimal neyro travma müalicəsi üçün qlobal çağırışlar səsləndirilib.
Xatırladaq ki, daha öncə Avstriyadan gələn nümayəndə heyəti qarşılıqlı əməkdaşlıq, və təcrübə mübadiləsi məqsədilə Yeni Klinikanı ziyarət edərək, neyrotravmaların idarə olunması, neyrotravmaların klinikalarda iş prinsipləri istiqamətində təlimlər keçirilib. Görüş sonrası həmçinin beynəlxalq səviyyədə tanınan, təcrübəli mütəxəssislərin iştirak etdiyi Azərbaycan Neyrocərrahlar Assosiasiyasının təşkilatçılığı ilə "Travmatik beyin zədələnmələri: multidisiplinar yanaşmanın üstünlükləri" konfransı baş tutub. Təşkil olunan konfransda neyrotravmanın müalicəsi zamanı multidisipilnar yanaşmanın vacibliyi vurğulanıb.
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader