banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-in şöbə müdiri Kamran Qasımov “Rəqəmsal Akademiya” təlim proqramında iştirak edib

loader

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkil etdiyi “Rəqəmsal Akademiya” təlim proqramında TƏBİB-in Strateji inkişaf departamentinin Data analitika şöbəsinin müdiri Kamran Qasımov təmsil edib.

Tədbirdə 36 dövlət qurumunundan 50-dən çox rəqəmsal transformasiya üzrə məsul şəxsin cəlb edildiyi qrupların layihələrinin təqdimatı olub. Layihələr İRİA-nın sədri İnarə Vəliyeva, Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müşaviri Vüsal Xəlilov, “Pasha Holding”in data üzrə baş direktoru Valeh Nəbiyev və digər ekspertlərin qarşısında təqdim edilib. 

Yekunda Kamran Qasımov və onun komandasının təqdimatı fərqlənib və xüsusi təşəkkürə layiq görülüb.

loader
loader
loader
loader
loader