banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

11 yaşlı uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı

loader

Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb. Məlum olub ki, bu, 14 gün əvvəl batmış iynə parçasıdır.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyata məruz qalıb və pəncə nahiyəsindəki yad cisim – iynə parçası təhlükəsiz şəkildə xaric edilib.

Məlumat üçün bildirək ki, bu cür hallar kifayət qədər təhlükəli hesab edilir. İynə, iynə qalığı və ya digər yad cisimlər xüsusilə ayaqaltı bölgədə lokalizasiya olduqda, hərəkətlə daha da dərinləşə və ətraf toxumalarda ciddi fəsadlara yol aça bilər.

Belə hallarda dərhal həkimə müraciət edilməlidir!

loader
loader
loader
loader