banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib

loader

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Azərbaycan Səhiyyə Nazirliyi və Macarıstanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində Azərbaycan əczaçılıq sənayesinin inkişafına həsr olunmuş tədbirin mahiyyətindən danışıb. Ölkəmizdə əczaçılığın tarixindən danışan nazir bildirib ki, bu illər ərzində dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edən "Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilib, müasir texnologiyaların tətbiqi yolu ilə yüksək rəqabət qabiliyyətli məhsulların istehsalına imkan yaradan sənaye parkları fəaliyyətə başlayıb və yerli istehsalın təşviqi məqsədilə qanunvericilikdə stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

T. Musayev, həmçinin bildirib ki, ötən il Səhiyyə Nazirliyində yaradılan işçi qrup tərəfindən “Əczaçılıq təhsilinin inkişaf Konsepsiyası” hazırlanıb.

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma əczaçılığın Macarıstan-Azərbaycan əməkdaşlığının əsas komponentlərdən biri olduğunu, Macarıstanın Azərbaycana ixracının 49%-ni təşkil etdiyini vurğulayıb:

Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, əczaçılıq sənayesi səhiyyənin inkişafında və əhalinin sağlamlığının qorunmasında əsas strateji tərəfdaşdır. Ölkəmizdə bu sektorun inkişafının ictimai sağlamlıq, tibbi innovasiyalar, xəstəliklərin qarşısının alınması və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına birbaşa təsir etdiyi vurğulanıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçısının Sərəncamı ilə ölkəmizdə 30 hektar ərazidə əczaçılıq məhsullarının istehsalı sahəsində ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradıldığını diqqətə çatdırıb: “Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyəti üçün zəruri infrastrukturla təchiz edilib. Bu layihələrin icrası əczaçılıq sənayesinin inkişafını və yerli istehsalı artırmağı hədəfləyir”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov əczaçılıq sənayesinin müasir səhiyyə sisteminin əsas sütunlarından biri olduğunu qeyd edib. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə səhiyyənin və əczaçılıq sənayesinin inkişafına xüsusi diqqət yetirdiyi, bu gün də bu sahənin ən yüksək səviyyədə dövlət dəstəyi ilə əhatə olunduğu diqqətə çatdırılıb.

Öz növbəsində, Macarıstan milli səhiyyə sığorta fondunun departament rəhbəri Akoş Karsayini, Peç Universitetinin Əczaçılıq fakültəsinin dekanı Andraş Fittler və Egis şirkətinin kommersiya direktoru Çaba Paç qeyd ediblər ki, qlobal səviyyədə effektiv səhiyyə həllərinə tələbat artdıqca əczaçılıq sənayesi dövrün çağırışlarının qarşılanmasında ön sıralarda dayanır.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader