banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB əməkdaşları Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”də iştirak ediblər

loader

“Küləyə qalib gəl” şüarı ilə 8-ci dəfə təşkil olunan marafonda iştirakçılar 21 km-lik məsafə qət ediblər.

Eyni zamanda TƏBİB marafon boyunca tibbi xidmətlərin təşkilini təmin edib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları Dövlət Bayrağı Meydanının, Su İdmanı Sarayının, “Dəniz Mall” ticarət mərkəzinin, Bakı Dəniz Vağzalının, “Sahil” metrostansiyasının, Ağ şəhər dairəsinin yaxınlığına təhkim olunublar. Ümumilikdə 1-i ehtiyat olmaqla, 8 briqada cəlb olunub.

2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

loader
loader
loader
loader
loader
loader
loader
loader