banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qobustan Rayon Mərkəzi Xəstəxanasında laporoskopik öd kisəsi əməliyyatlarına başlanılıb

loader

TƏBİB regionda fəaliyyət göstərən tibb müəssisələrini də müasir cərrahiyyə texnologiya və avadanlıqları ilə təmin etməyə davam edir. Maddi-texniki bazanın gücləndirilməsi region səhiyyəsinin inkişafına, əhalinin vaxtında və məsafə qət etmədən keyfiyyətli tibbi xidmət almasına hesablanıb.

Həyata keçirilən zəruri təminat sayəsində Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq laporoskopik üsulla xolesistektomiya (öd kisəsi) əməliyyatlarına start verilib. Tibb müəssisəsində bu cür əməliyyatlar 5 həkim-cərrah tərəfindən icra olunur.

Xəstəxanaya kəskin daşlı xolesistit diaqnozu ilə müraciət edən 42 yaşlı pasiyent üzərində laporoskopik xolesistektomiya əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin stasionar şəraitdə müalicəsi davam edir.

Əməliyyatlar müasir tibbin tələblərinə uyğun minimal invaziv metodlarla aparılır. Məlumat üçün bildirək ki, bu cür müdaxilələr zamanı daha az ağrı hissi olur, həmçinin qısa müddətdə sağalma və sürətli reabilitasiya imkanı yaranır.

Qeyd edək ki, əməliyyat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilib.

loader
loader
loader
loader