banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

TƏBİB-də vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub

loader

TƏBİB-də Qlobal Fondun nümayəndələri ilə vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub.

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun baş portfolio meneceri Valeriya Qrişeçkina, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, eləcə də TƏBİB-in struktur bölmələrinin rəhbərləri iştirak edib.

Görüşdə Qlobal Fond ilə əməkdaşlıq perspektivlərinin önəmi vurğulanıb və vərəmlə mübarizə üzrə fəaliyyət istiqamətləri müzakirə olunub.

Qeyd edilib ki, Qlobal Fond 2002-ci ildən başlayaraq dünyada QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizədə ən əsas beynəlxalq maliyyə institutu kimi fəaliyyət göstərir və çoxtərəfli əməkdaşlıq prinsipinə əsaslanaraq dünyanın 140 ölkəsinə adıçəkilən xəstəliklərlə mübarizədə maliyyə yardımı göstərir. Fond 2005-ci ildən başlayaraq Azərbaycana da bu üç xəstəliklə mübarizədə maliyyə yardımı göstərir.

Görüşdə vərəmlə mübarizə üzrə ölkədəki cari vəziyyət, referans laboratoriyaların işinin optimallaşdırılması, vərəmlə mübarizənin vahid mərkəzdən idarə olunması, xəstəliyin erkən aşkarlanması tədbirlərinin gücləndirilməsi, vərəmlə mübarizə istiqamətində göstərilən tibbi xidmətlərin ardıcıllıq alqoritmləri, infeksion sistemin qurulması, zəruri avadanlıqların alınması üçün dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.

loader
loader
loader
loader
loader
loader
loader
loader