Bu günədək yalnız paytaxtda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra cərrahi əməliyyatlar artıq TƏBİB-in tabeliyindəki region xəstəxanalarında da uğurla icra olunur.
Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə blokunun təmiri, əməliyyatxananın yeni və tam müasir tibbi avadanlıqlarla təchiz edilməsi bir sıra əməliyyatların icrası üçün yeni imkanlar yaradıb. Artıq tibb müəssisəsində minimal invaziv üsulla əməliyyatların icrası da intensivləşib.
Məlumat üçün bildirək ki, Əməliyyat bloku minimal invaziv üsulla cərrahi əməliyyatların icrası üçün laparoskopik cihaz, müasir standartlara cavab verən çoxfunksiyalı əməliyyat masası, əməliyyat lampası, xəstə monitorları, cərrahiyyə alət dəstləri ilə tam təchiz edilib.
Bununla yanaşı, müəssisədə kadr potensialı da artırılıb və əməliyyatların həyata keçirilməsinə yeni həkim-cərrah və anestezioloq cəlb edilib.
Məlumat üçün bildirək ki, əvvəllər bu cür cərrahi əməliyyatlar üçün sakinlər ətraf rayonlardakı və ya paytaxt Bakıdakı ixtisaslaşmış tibb müəssisələrinə göndərişlə müraciət edirdi. Hazırda TƏBİB tərəfindən həyata keçirilən yeniliklər nəticəsində rayon sakinləri Qax Rayon Mərkəzi Xəstəxanasında sözügedən cərrahi əməliyyatlardan yararlana bilirlər.
Qeyd edək ki, cərrahi əməliyyatlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində həyata keçirilir.
Qax Rayon Mərkəzi Xəstəxanasında minimal invaziv üsulla əməliyyatların icrası üçün yeni imkanlar yaradılıb
Digər xəbərlər
Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib.
04.03.2026
Xocavənd və Xocalı rayonlarına yola salınan köç karvanını təcili tibbi yardım briqadaları müşayiət edib
12.03.2026
Anar İsrafilov vətəndaşları qəbul edib
05.03.2026
Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində bir il ərzində 7000-ə yaxın pasiyentə tibbi xidmət göstərilib
13.03.2026
Səhiyyə Nazirliyində işğaldan azad olunmuş ərazilərdə tibb xidmətlərinin təşkilinə dair işçi qrupunun növbəti iclası keçirilib
12.03.2026
Son bir ildə Yeni Klinikada canlıdan-canlıya 7 böyrək transplantasiyası əməliyyatı həyata keçirilib
06.03.2026
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına hazırlıq məsələlərinə dair məruzələr dinlənilib
04.03.2026
Yeni Klinikada HPB cərrahiyyəsində radiologiyanın strateji roluna həsr olunan interaktiv konfrans keçirilib
03.03.2026
TƏBİB-in dəstəyi ilə “Pediatriyada laboratoriyanın əhəmiyyəti” mövzusunda konfrans keçirilib
02.03.2026
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sosial cəhətdən həssas qrupdan olan qadınlar üçün ilkin tibbi-sanitariya yardımı və reproduktiv sağlamlıq xidmətlərinə çıxışın genişləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib
02.03.2026