banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Tələbələrlə “Könüllü TƏBİB” layihəsi üzrə görüşlər keçirilib

loader

“Könüllü TƏBİB” layihəsi çərçivəsində Cəlilabad və Lənkəran tibb kolleclərində təhsil alan tələbələrlə görüşlər keçirilib.

Görüşdə kollecdə müxtəlif ixtisaslar üzrə təhsil alan 350-yə yaxın tələbə iştirak edib.

TƏBİB-in məsul əməkdaşları layihənin məqsədi və üstünlükləri barədə ətraflı məlumat veriblər.

Layihənin digər regionlarda yerləşən tibb kolleclərində də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsinə tibb sahəsində könüllülük fəaliyyətininin inkişaf etdirilməsi, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması ilə klinik bacarıqlarının yüksəldilməsi, məzun olduqdan sonra onların TƏBİB-in tabeliyindəki tibb müəssisələrində işləməsinə maraqlarının artırılması məqsədi daşıyır.

loader
loader
loader
loader