TƏBİB və Yeni Klinika ilə Almaniyanın nüfuzlu səhiyyə idarəetmə şəbəkələri olan “Falk Beratung” və “Sana Hospital Group” arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Yeni Klinikada tibbi personal üçün təlimlərə start verilib.
İlk təlim mərhələsində xəstələrə qulluq və tibb bacısı xidmətinin dəstəklənməsi modulu üzrə sessiyalar baş tutub. 12 həkim və 60 tibb bacısının cəlb olunduğu təlimdə Almaniyadan gəlmiş yüksəkixtisaslı mütəxəssislər tərəfindən nəzəri və praktiki biliklər təqdim olunub.
Təlim proqramı çərçivəsində “Sana” klinikasının Tibb bacısı akademiyasının direktoru Jörg Noll, klinikanın terapiya komandasının üzvü Reinhold Angerer, Xidmət komandasının üzvü İndat Tas, xəstə xidmətləri komandasının üzvü Marie Beinert sahə üzrə mühüm praktik mövzular üzrə təlimlər keçib, iştirakçıları pasiyent baxımında müasir yanaşmalar baxımından yeniliklərlə tanış ediblər.
Təlimlər zamanı iştirakçılar “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və cərrahi müdaxilə”, “Pasiyent yolu: ambulator (poliklinik) müayinədən keçərək planlı qəbul və konservativ müalicə”, həmçinin “Pasiyent yolu: təcili qəbul və sonrakı müalicə” kimi mühüm mövzular üzrə bilik və bacarıqlarını artırıblar.
Qeyd edək ki, təlimlərdən öncə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin əməkdaşları və “Sana” klinikasının ekspertlərinin iştirakı ilə Yeni Klinikada şöbələrə baxış keçirilib. Həmçinin onlar personalın iş rejimi ilə tanış olub və əməkdaşların təlim ehtiyaclarını öyrənib və bu ehtiyaclar əsasında müvafiq təlim modulları və metodikası hazırlanıb.
Məlumat üçün bildirək ki, bu kimi təlimlər tibbi xidmətlərin davamlı inkişafı və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə həyata keçirilir
Almaniya ilə əməkdaşlıq çərçivəsində Yeni Klinikada təlimlərə başlanılıb
Digər xəbərlər
Respublika Klinik Xəstəxanasının həkim-kardioloqunun apardığı tədqiqat nüfuzlu beynəlxalq jurnalda dərc olunub
13.02.2026
Mərkəzi Neftçilər Xəstəxanasında yeni əməliyyatxana istifadəyə verilib
12.02.2026
Ümumdünya Xəstələr Günü ilə əlaqədar tədbir keçirilib
11.02.2026
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib
16.02.2026
Goranboy, Xocalı, Biləsuvar, Qobustan, Laçın, Masallı, və Tərtər rayonlarında səyyar tibbi müayinələr təşkil edilib
11.02.2026
Uşaqların icbari dispanserizasiyası çərçivəsində 3 400-ə yaxın uşaq müayinələrə cəlb edilib
06.02.2026
Nizami Tibb Mərkəzində Whipple əməliyyatının icrasına başlanılıb
05.02.2026
“Dəm qazı ilə zəhərlənmə: diaqnostika və müalicə” mövzusunda onlayn vebinar keçirilib
04.02.2026
Şamaxıda Gənc Tibb İşçilərinin Respublika Konfransı keçirilib
02.02.2026
“Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirilib
01.02.2026