Görüşdən əvvəl Zaur Əliyev ümummilli lider Heydər Əliyevin Ağcabədi rayonundakı abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Ağcabədi filialının rəhbərinin Ağcabədi, Ağdam və Laçın Rayon Mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 21 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən icbari tibbi sığorta hesabına müayinə-müalicə, tibbi göndərişlərin verilməsi, dərman təminatı, əlillik məsələləri, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlərdə qaldırılmış bir sıra məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2025-ci ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev aprelin 24-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında Ağcabədi, Ağdam və Laçın rayon sakinlərini qəbul edib
Digər xəbərlər
Keyfiyyətin idarə olunması üzrə mütəxəssislərə təlim keçirilib
19.05.2025
“Hipertoniyaya nəzarət günləri: İlkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi uğurla icra olunub
19.05.2025
Yevlax Rayon Mərkəzi Xəstəxanasında Avastin inyeksiyasının icrasına başlanılıb
19.05.2025
Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin III Beynəlxalq Konqresi keçirilib
20.05.2025
Quba Regional Travmatoloji Mərkəzdə daha bir mürəkkəb əməliyyat icra olunub
20.05.2025
20 May - Ümumdünya Travmatoloqlar Günüdür
20.05.2025
Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən təşkil edilən “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub
17.05.2025
Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri TƏBİB-də olub
16.05.2025
Region xəstəxanalarında reanimotoloji-anestezioloji xidmətlərin keyfiyyətinin artırılması məqsədilə keçirilən təlimlərin birinci mərhələsi başa çatıb
16.05.2025
Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı olub
16.05.2025