Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yenidənqurma işlərinin həyata keçirilməsi, yeni şöbələrin yaradılması, köhnə və şəraitsiz şöbələrin yenidən formalaşdırılması, yararsız tibbi avadanlıqların yeniləri ilə əvəz olunması və müasir standartlara uyğun tibbi cihazların quraşdırılması istiqamətində işlər davam etdirilir.
Son dövrlər bu istiqamətdə TƏBİB tərəfindən həyata keçirilən daha bir yenilik Sabunçu Tibb Mərkəzi ilə bağlıdır. Mərkəzdə ilk dəfə Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb.
10 çarpayıdan ibarət yeni şöbə zəruri və müasir tibbi avadanlıqlarla təchiz olunub. Şöbədə üz-çənə travması və patologiyaları olan pasiyentlərin müayinə və müalicəsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Üz-çənə cərrahiyyəsi üçün istifadə olunan tibbi sərfiyyat – titan mini lövhələr, vidalar, o cümlədən fiziodispenser (elektrikli motor) və digər lazımi avadanlıqlarla təchiz olunan şöbədə icbari tibbi sığortanın Xidmətlər Zərfinə uyğun olaraq, üz-çənə cərrahiyyəsinə aid bütün növ tibb xidmətlərinin göstərilməsi mümkündür.
Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Vüqar Qurbanov tərəfindən şöbədə ilk cərrahi əməliyyat da uğurla icra olunub. 2002-ci il təvəllüdlü pasiyent (kişi) üzərində ikitərəfli sagittal split osteotomiya (Bilateral Sagittal Split Osteotomy) və lefort I osteotomiyası əməliyyatı həyata keçirilib.
Hazırda şöbədə pasiyentin müalicəsi davam etdirilir və vəziyyəti stabil qiymətləndirilir.
Yeni şöbənin açılması Sabunçu Tibb Mərkəzində vətəndaşlara göstərilən xidmətlərin sayına, tibbi xidmətə əlçatanlığın genişləndirilməsinə və eləcə də ixtisaslı xidmətlərin çeşidliliyinin artmasına xidmət edir.
TƏBİB tibb müəssisələrində səhiyyə infrastrukturunun yenidən formalaşdırılması istiqamətində tədbirləri davam etdirir.
Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi fəaliyyətə başlayıb
Digər xəbərlər
“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib
08.12.2025
Yeni Klinikanın Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinə mediatur təşkil olunub
20.11.2025
Yeni Klinikada yaradılan Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin fəaliyyətinə dair brifinq keçirilib
20.11.2025
TƏBİB-in dəstəyi ilə fizioterapiya və reabilitasiya ilə bağlı elmi-praktik konfrans keçirilib
17.12.2025
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
17 Dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi İşçilərinin Peşə Bayramı Günüdür
17.12.2025
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Sabirabad Rayon Mərkəzi Xəstəxanasında Sabirabad, İmişli və Saatlı rayon sakinlərini qəbul edib
16.12.2025
XIV Milli Kardiologiya Konqresi keçirilib
16.12.2025
IV Milli və II Beynəlxalq Pediatriya Konqresi keçirilib
15.12.2025
“Mentor Klinika” layihəsi çərçivəsində tibb bacılarının təlim-təcrübə proqramı yekunlaşıb
15.12.2025