banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, Ağsaqqallar Şurası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, alim, tanınmış səhiyyə təşkilatçısı, nüfuzlu ictimai xadim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş tibbi humanitar aksiya keçirilib.

loader

Aksiya çərçivəsində Tərtər rayonu Bəyimsarov kəndində məskunlaşmış Qərbi Azərbaycan qaçqınlarının tibbi müayinəsi təşkil olunub. Ardınca şəhid ailələri ziyarət edilib.

Daha sonra “Zərifə Əliyeva: Əbədi işıq mücəssəməsi” mövzusunda konfrans baş tutub. Tərtər Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də iştirak edib.

Çıxışında görkəmli oftalmoloqun ömür yoluna toxunan Agentliyin İdarə Heyətinin sədri Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyə tarixində dərin iz buraxdığını bildirib: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi olaraq biz bu dəyərli irsi yaşatmaq, səhiyyə xidmətlərini əhalimiz üçün daha əlçatan etmək istiqamətində fəaliyyətimizi davam etdiririk. Sevindirici haldır ki, bu gün artıq göz xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi, eləcə də cərrahi əməliyyatları icbari tibbi sığorta çərçivəsində təminata daxildir", - Z.Əliyev bildirib.

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri, İcmanın Ağsaqqallar Şürasının sədri akademik Əhliman Əmiraslanov bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoyub.

Konfransın moderatoru, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı görkəmli oftalmoloqun yüksək nailiyyətlərindən, öz peşəsinə sevgisindən danışıb, Tərtər rayonunda keçirilən tibbi humanitar aksiyanın önəmini vurğulayıb.

⁠Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibbi aksiyanın bölgə əhalisi üçün əhəmiyyətindən danışıb və bu kimi təşəbbüslərin davamlı olmasının vacib olduğunu deyib.

Tədbirdə, həmçinin ⁠İcmanın İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru professor Mahirə Nağıqızı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, bilogiya elmləri doktoru, Ağsaqqallar Şürasının üzvü professor Elşad Qurbanov, İcmanın Qadınlar Şurası sədrinin müavini, tibb elmləri üzrə fəlsəfə doktoru Aytən Sultanova da çıxış ediblər.
 

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader