banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Ötən gün keçirilən imtahanlarda təcili tibbi yardım xidməti yüksək səviyyədə təşkil olunub

loader

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçirildiyi ərazilərdə təcili tibbi yardım xidməti təmin edilib.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin ümumilikdə, 77 briqada imtahan keçirilən şəhər və rayonlara təhkim olunub. Onlardan Bakı şəhəri üzrə 14 briqada, regionlar üzrə isə 63 briqada fəaliyyət göstərib.

Təhsil müəssisələrinin ətrafında və daxilində hər hansı tibbi müdaxilə ehtiyacının yaranma ehtimalı nəzərə alınaraq, təcili tibbi yardım komandaları tam tərkibdə xidmətdə olub və zəruri hallara operativ reaksiya verməyə hazır vəziyyətdə fəaliyyət göstərib.

İmtahan müddətində 4 nəfərin təcili tibbi yardım xidmətinə ehtiyacı yaranıb. Cəlilabad və Balakən rayonlarında hər birində müvafiq olaraq 1 nəfərə yerində yardım göstərilib. Quba rayonunda isə 1 nəfərə yerində yardım olunub, 1 şagird bayılma, isterik nevroz diaqnozu ilə tibb müəssisəsinə hospitalizasiya olunub.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader