Bakıda ANEA 2025 BAKU - Azərbaycan Neyrocərrahlarının I Beynəlxalq Konqresi keçirilib.
Konqresin əsas məqsədi neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaları tətbiq etmək və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir.
Konqresdə Azərbaycan Azərbaycan Neyrocərrahlar Assosiasiyasının (ANEA) sədri Rövşən Xəlilzadə, TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, konqresin Təşkilat komitəsinin sədri Tural Rəhimli və Böyük Britaniyadan gəlmiş fəxri qonaqlar - həkim Andreas Demetriadis və Henri Marş çıxış ediblər.
Panel iclasları ilə işini davam etdirən konqresdə “Kəllə əsası cərrahiyyəsi”, “Epilepsiya cərrahiyyəsi”, “Pediatrik neyrocərrahiyyə”, “Funksional cərrahiyyə”, "Vaskulyar neyrocərrahiyyə", "Neyroonkologiya", "Neyroanatomiya" və "Spinal neyrocərrahiyyə" mövzularında müzakirələr aparılıb.
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahlarının fəal iştirak etdiyi tədbirdə Azərbaycanla yanaşı, 15 ölkədən - Türkiyə, Yunanıstan, Argentina, Braziliya, İtaliya, İngiltərə, ABŞ, Özbəkistan, Qazaxıstan, Albaniya, Rusiya, Serbiya, Avstriya, Gürcüstan və Çilidən ümumilikdə 300-dən çox mütəxəssis iştirak edib.
TƏBİB-in dəstəyi ilə Azərbaycan Neyrocərrahlarının I Beynəlxalq Konqresi keçirilib
Digər xəbərlər
Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib
05.05.2025
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
11 yaşlı uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı
13.05.2025
Qobustan Rayon Mərkəzi Xəstəxanasında laporoskopik əməliyyatlara başlanılıb
13.05.2025
TƏBİB-in dəstəyi ilə Azərbaycan Neyrocərrahlarının I Beynəlxalq Konqresi keçirilib
13.05.2025
Şamaxıda VII Azərbaycan-Alman-Türk-Özbək Tibb Konqresi və XIII Bakı Beynəlxalq Tibbi Təlim Günləri keçirilib
12.05.2025
“İmmunlaşdırma həftəsi” çərçivəsində bu rayonlar üzrə ümumilikdə 2600-ə yaxın uşaq vaksinasiya prosesinə cəlb edilib
12.05.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
08.05.2025
Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib
08.05.2025