banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

“İmmunlaşdırma həftəsi” çərçivəsində bu rayonlar üzrə ümumilikdə 2600-ə yaxın uşaq vaksinasiya prosesinə cəlb edilib

loader

Tibb müəssisələrində “İmmunlaşdırma həftəsi”nin təmin edilməsi istiqamətində tədbirlər keçirilib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki Xırdalan və Masazır ailə sağlamlıq mərkəzlərində, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqələrində, Beyləqan rayonunun Birinci Şahsevən, Dünyamallar və Yuxarı Aran ailə sağlamlıq mərkəzlərində, İkinci Şahsevən və Əlinəzərli kənd tibb məntəqələrində, Daşkəsən rayonunun Qaraqollar, Müşavaq, Çanaqçı, Alaxançallı, Yolqullar, Zinzahal və Almalı kəndlərində, Gədəbəy rayonunda fəaliyyət göstərən 1 və 12 saylı körpələr evi - uşaq bağçasında, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki Ailə Sağlamlıq Mərkəzi və kənd həkim məntəqələrində, eyni zamanda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki ailə sağlamlıq mərkəzlərində, Neftçala Rayon Mərkəzi Xəstəxanasının, Samux Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki ailə sağlamlıq mərkəzlərində və kənd həkim məntəqələrində, Xızı Rayon Mərkəzi Xəstəxanasında “İmmunlaşdırma həftəsi” çərçivəsində ümumilikdə 2600-ə yaxın uşaq vaksinasiya prosesinə cəlb edilib. Eyni zamanda bu proses çərçivəsində uşaqların pediatrik, nevroloji, oftalmoloji, otorinolarinqoloji və digər ixtisaslı müayinələri də həyata keçirilib.

Bununla yanaşı, tibb müəssisələrində valideynlər arasında vaksinasiyanın önəmi barədə maarifləndirmə işləri aparılıb.

Qeyd edək ki, 27 aprel – 3 may 2025-ci il tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilib.

loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader
loader