banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub

loader

Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzində riskli hamiləlik keçirən ananın üçəmləri dünyaya gəlib. Həkimlərin intensiv müalicə tədbirləri nəticəsində ananın və yenidoğulmuşların həyatı üçün təhlükə aradan qalxıb.

12 ildən sonra riskli hamiləlik dövrü keçirən 1996-cı il təvəllüdlü Quba rayon sakini 22.04.2025-ci il tarixində, hamiləliyinin 35–36-cı həftəsində Quba Regional Perinatal Mərkəzinə hospitalizasiya olunub.

İcra olunan qeysəriyyə kəsiyi əməliyyatı nəticəsində ananın ilk hamiləliyindən 3 körpə (kişi cinsli) dünyaya gəlib. Üçəmlər doğulduğu zaman vəziyyətləri ağır qiymətləndirilib, 2 kq., 2 kq. və 1 kq. 800 qr. çəkidə doğulan körpələr küvəz rejimində uzun müddət tənəffüs dəstəyi ilə təmin olunublar.

Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində körpələr 14 gün ərzində stasionar müalicəyə cəlb olunublar.

Zəruri müayinə və müalicə prosesindən sonra üçəmlərin və ananın vəziyyəti stabil qiymətləndirilib, ötən gün sağlam şəkildə evə buraxılıblar.

loader
loader
loader
loader
loader