TƏBİB-in İDDO Psixi Sağlamlıq Proqramı ilə əməkdaşlığı çərçivəsində Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu təşkil olunub.
Forumda Milli Məclisin deputatları Jalə Əliyeva, Nigar Məmmədova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli və digər şəxslər iştirak edib.
Autizm və digər inkişaf pozuntuları barədə cəmiyyətin məlumatlandırılmasının əhəmiyyətinə toxunan Milli Məclisin deputatı Jalə Əliyeva bu kimi forumların mütəmadi olaraq təşkilinin xüsusi qayğıya ehtiyacı olan insanların sosial adaptasiyası üçün mühüm rol oynadığını xüsusi vurğulayıb.
Xüsusi qayğıya ehtiyacı olan fərdlərin cəmiyyətə inteqrasiyası və sosiallaşmasının əsas şərt olduğunu deyən millət vəkili Nigar Məmmədova isə bildirib ki, bu sahədə fəaliyyət göstərən mütəxəssislərin bir araya gəlməsi əhəmiyyətli və zəruridir.
TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli forum çərçivəsində yalnız autizm mövzusunun deyil, ümumilikdə anlayış və insanlıq dəyərlərinin geniş müzakirə olunduğunu vurğulayıb. O, autizmin sadəcə tibbi diaqnoz kimi deyil, həm də cəmiyyət üçün sosial və mənəvi bir çağırış kimi dəyərləndirilməli olduğunu qeyd edib.
Forumda çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov autizm spektr pozuntularına dair cəmiyyətin artan diqqətini yüksək qiymətləndirdiyini bildirərək autizmin yalnız tibbi diaqnoz deyil, sosial, psixoloji və təhsil yönümlü kompleks yanaşma tələb edən bir inkişaf forması olduğunu qeyd edib. Autizmli fərdlərin cəmiyyətə inteqrasiyasının vacibliyini bildirən Barat Yusubov, bu sahədə həkimlərlə yanaşı, psixoloqların və digər mütəxəssislərin birgə fəaliyyətinin önəmini xüsusi vurğulayıb.
İDDO Psixi Sağlamlıq Proqramının baş psixoloqu Rövşən Nəzərli çıxışında hazırda autizmli uşaqlarla işləyərkən pedaqoji yanaşmaya üstünlük verildiyini bildirib:
“TƏBİB və İDDO Psixi Sağlamlıq Proqramının işbirliyi nəticəsində qurulacaq olan yeni inkişaf sistemi pedaqoji yanaşmadan psixoloji yanaşmaya keçidi təmin edəcək. Belə ki, uşaqların 6 ayından psixoloji diaqnostikasının aparılmasına nail olmaq üçün həkimlərlə psixoloqlar birlikdə əməkdaşlıq edərək ilkin diaqnostikanı həyata keçirə biləcəklər. Cəmiyyət olaraq maariflənsək və bir yerdə mübarizə aparmağı bacarsaq, ilkin yaş dövründə problemin aşkarlanmasına nail ola bilərik. Doğru yanaşma onları bizdən ayrı deyil, məhz eyni cəmiyyətin üzvü kimi formalaşdıra və bizdən biri olaraq inkişaf etdirə bilər. Bu yolda valideynlərin əməyi bəzən görünməz olur, amma təsiri sonsuzdur. Onlar hər gün səssiz mübarizə aparırlar. Biz də cəmiyyət olaraq bu valideynlərə dəstək olmalıyıq”.
Cəmiyyətin autizm mövzusunda maarifləndirilməsi, erkən diaqnostika və reabilitasiya sahəsində yeni elmi yanaşmaların təqdim edilməsi məqsədi ilə təşkil olunan forumda tədris, eləcə də tibb müəssisələrinin psixoloqları, universitet müəllim və tələbələri iştirak ediblər.
Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib
Digər xəbərlər
Bakıda “Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı beynəlxalq tədbir keçirilib
05.05.2025
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB-in birgə məlumatı
21.04.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
08.05.2025
Azərbaycan Tibb Tələbələrinin Multidisiplinar Nutrisiologiya Forumu keçirilib
08.05.2025
Vaxtından əvvəl doğulan və 14 gün küvəz rejimində tənəffüs dəstəyi alan üçəmlərin həyatı xilas olunub
08.05.2025
Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub
07.05.2025
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə müasir yanaşma mövzusunda master-klas keçirilib
07.05.2025
Yeni Klinikada I Autizm Maarifləndirmə Forumu keçirilib
07.05.2025
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndə heyətləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında işgüzar səfərdə olub
06.05.2025