banner_image

17-22 iyun

Heydər Əliyev Mərkəzi

Tədbirin məqsədi dünyanın dörd bir yanında nüfuzlu tibb ocaqlarında çalışan azərbaycanlı həkimlərin ölkəmizdə fəaliyyət göstərən həkimlərlə təcrübə mübadiləsini təmin etmək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətləri və yenilikləri təqdim etmək, Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməkdir.

Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi” çərçivəsində 900-dən çox uşaq peyvəndə cəlb olunub

loader

TƏBİB və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) təşkilatçılığı, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) texniki dəstəyi ilə 28 aprel – 2 may 2025-ci il tarixlərində “Avropa immunizasiya həftəsi” çərçivəsində Bərdə və Yevlax rayonlarında “İmmunizasiya həftəsi” keçirilib.

“İmmunizasiya həftəsi” çərçivəsində hər iki rayon üzrə ümumilikdə 40 məntəqədə 942 uşaq peyvəndə cəlb olunub. Onlardan Bərdə rayonu üzrə 34 məntəqədə 542 nəfər, Yevlax rayonu üzrə isə 6 məntəqədə 400 uşaq bu prosesdə iştirak edib.

Tədbirin əsas məqsədi peyvənddən kənarda qalmış uşaqların vaksinasiyaya cəlb edilməsi, peyvəndin həyatımızdakı rolu, habelə sağlam həyat tərzinin təbliği və peyvənddən imtina edən valideynlərin maarifləndirilməsindən ibarət olub.

“İmmunizasiya həftəsi” çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən və RGEM-dən yerli həkimlərə dəstək məqsədilə müxtəlif ixtisaslı tibb işçiləri cəlb olunub.

Həftə ərzində uşaqların immunizasiyası üzrə yeni təlimatın praktikaya inteqrasiyasının qiymətləndirilməsi də həyata keçirilib. Proses çərçivəsində peyvənddən kənarda qalan uşaqların immunizasiyaya cəlb edilməsi üçün gecikmiş peyvənd cədvəlindən geniş istifadə edilib.

Qeyd edək ki, “Avropa immunizasiya həftəsi” çərçivəsində Bərdə və Yevlax rayonlarında keçirilən “İmmunizasiya həftəsi”nin yerində qiymətləndirməsinin aparılması və zəruri tövsiyələrin verilməsi üçün ÜST-nin Avropa Regional Bürosunun İmmunizasiyada ədalətlilik üzrə texniki mütəxəssisi Brett Craig və ÜST-nin Azərbaycan Ofisinin əməkdaşı Sevinc Həsənova prosesdə iştirak ediblər.